Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan ədəbiyyatı Rusiya mətbuatında

Bölmə: Xəbər 21.07.2020

Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzi-nin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Jurnalın iyul sayında Azərbaycanın Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “Ata ocağı”, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün “Atamın əlləri” və tanınmış şair Əliağa Kürçaylının “Etiraf” şeirləri təqdim edilib.

Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri – Vladimir Portnov və Vladimir Qafarov tərcümə edib.

 

 

 

 

 

 

 

Keçid linki:

https://webkamerton.ru