Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində məşhur Azərbaycan şairi Əli Kərimin türk dilinə tərcümə edilmiş “Fraqmentlər”, “Daş”, “Həmişə səfərdə” kimi şeirlərinin yayınına başlayıb.
2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıracaq “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Əli Kərimin həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.
Bölmənin klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.
Keçid linki: |