Elektron ədəbiyyat və sənət portalı

Salam Sarvanın şeirlər toplusu Ukrayna kitabxanalarında

Bölmə: Xəbər 10.09.2020

Tanınmış Azərbaycan şairi Salam Sarvanın Ukraynada nəşr olunmuş “І потонути неможливо, неглибокий цей світ... ” (“Boğulmaq da olmur, dayazdı dünya”) kitabı (ADTM) Ukraynanın aşağıdakı kitabxanalarına yerləşdirilib:

  1. Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun kitabxanası;
  2. Ukrayna Milli Ədəbiyyatı Muzeyinin Kitabxanası;
  3. Ukrayna Milli Yazıçılar Birliyinin Kitabxanası;
  4. Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Milli Kitabxanası;
  5. “İvan Fyodorov adına Ukrayna Kitab Palatası”nın müəssisəsinin kitabxanası;
  6. Taras Şevçenko adına “Prusvita” Ümumukrayna cəmiyyətinin kitabxanası;
  7. Taras Şevçenko adına Kiyev Milli Universitetinin Elmi Kitabxanası;
  8. Taras Şevçenko adına Kiyev Mərkəzi Uşaq Kitabxanası;
  9. Kiyev şəhəri P.Zaqrebelni adına Mərkəzi Kitabxana;
  10. Kiyev şəhəri A.S.Puşkin adına Mərkəzi Kitabxana;
  11. Kiyev şəhəri F.M.Dostoyevski adına Mərkəzi Kitabxana;
  12. Kiyev şəhəri “Sviçado” Mərkəzi Kitabxana;
  13. Nikolayev şəhəri M.L.Kropivnitski adına Mərkəzi Kitabxana;
  14. Dneprepetrovsk Mərkəzi Şəhər Kitabxanası;
  15. Dneprepetrovsk vilayəti Kirill və Mefodi adına Universal Elmi Kitabxana;
  16. Jitomir vilayətinin Universal Elmi Kitabxanası;
  17. Xerson şəhəri Lesya Ukrainka adına Mərkəzi Şəhər Kitabxanası;
  18. Odessa Milli Elmi Kitabxanası;
  19. Xmelnitski vilayətinin Universal Elmi Kitabxanası;
  20. Uqledar İctimai Şəhər Kitabxanası;
  21. Berdiçevsk Mərkəzi Şəhər Kitabxanası;
  22. Trostyanetsk İctimai Kitabxanası;
  23. Xarkov vilayəti İctimai Kitabxanası;
  24. Qorişni Plavni Mərkəzi Şəhər Kitabxanası.