Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan hekayəsi Gürcüstan ədəbiyyat portalında

Bölmə: Xəbər 14.09.2020

Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədovun gürcü dilinə tərcümə edilmiş “Dənizdən gələn səda” hekayəsinin yayınına başlayıb.

2008-ci ildən fəaliyyət göstərən portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski,  Mario Varqas Lyosa, Zbiqnev Herbert,  Magda Novakovski, Silviya Plat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

Portalın baş redaktoru – tanınmış gürcü yazıçısı Malxaz Xarbediadır.

 

 

 

Keçid linki:

http://arilimag.ge/