Elektron ədəbiyyat və sənət portalı

Fərman Kərimzadənin hekayəsi İraq mətbuatında

Bölmə: Xəbər 24.09.2020

İraqın Mədəniyyət və Media Fondunun populyar “Əl-Nur” portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdı” əsərinin yayınına başlayıb. Hekayə yazıçının yaradıcılığı haqqında geniş məlumatla təqdim olunub.

Qeyd edək ki, “Əl-Nur” portalı mütəmadi olaraq səhifələrində Nazim HikmətAna Maria MatuteNəcib Məhfuz kimi məşhur dünya yazıçılarının əsərlərinə yer ayırır. Portal Azərbaycan yazıçısının yaradıcılığına ilk dəfə müraciət edir.

Əsəri ərəb dilinə tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydi çevirib.

Keçid linki:

http://www.alnoor.se/