Elektron ədəbiyyat və sənət portalı

Nadanlıq və cahillik haqqında

Bölmə: Azad ərazi 14.10.2020

“Nadanlıq – bütün cinayətlərin anasıdır. Cinayət hər şeydən əvvəl nadanlıqdan törəyir”.

O.Balzak

 

“Həyasızlıq – nadanlığın bic övladıdır”.

S.Batler

 

“Nadan insan qamış kimidir – içinin boşluğundan səsi gur çıxır”.

O.N.Betlinqk

 

“Hər qızğın mübahisənin arxasında kiminsə nadanlığı görünür”.

L.Brendis

 

“Pis düşünüb yaxşı hərəkət edən insan ən təhlükəli insandır”.

P.Valeri

 

“Özünü mədəni göstərən nadan daha pisdir”.

K.Veber

 

“Alim cahili ona görə anlayır ki, uşaqlıqda özü də elə olub. Cahil isə alimi heç vaxt onun kimi olmadığına görə anlaya bilməz”.

 

“Tarixi bilənlərə sirr deyil ki, bəşəriyyəti bəlaya sürükləyənlər həmişə cahillər olub”.

 

“Cahillik insanı kütbeyinliyə sürükləyir”.

 

“Nadanların himayədarları – bəşəriyyətin ən böyük düşmənləridir”.

K.Helvetsi

 

 

“Təşəbbüskar nadandan təhlükəli heç nə yoxdur”.

 

“İnsan yalnız anladıqlarına sahib çıxa bilər”.

İ.Höte

 

“Xurafat – cahilliyin doğma balasıdır”.

U.Qezlitt

 

“Nadanlıq – daxilində şərin eşələndiyi toranlıqdır”.

V.Hüqo

 

“Cahil özünə alimdən daha çox arxayındır. Odur ki, elmin hansısa problemi həll edə bilməyəcəyinə yalnız onlar əmindirlər”.

Ç.Darvin

 

“Nadanlıq üç cür olur: heç nə bilməmək, hamının bildiyini pis bilmək və lazım olmayanı bilmək”.

Ş.Dyuklo

 

“Nadanlıqda xoş bir şey tapa bilməzsən”.

E.Zolya

 

“Yalnız nadan insan hər şeyin qiymətini dərhal vermək üçün dəridən-qabıqdan çıxır”.

E.Kondilyak

 

“Nadanlıq – insandan heç bir zəhmət tələb etmir. Odur ki, dünyada nadanların sayı çoxdur”.

J.Labrüyer

 

“Cəhalət hələ bu vaxtacan heç kimə doğru yol göstərməyib”.

 

“Nadanlıq hələ neçə-neçə faciələrə səbəb olacaq iblisanə bir qüvvədir”.

K.Marks

 

“Öyrənmək istəməyən insandan heç vaxt insan olmayacaq”.

Xose Marti

 

“Cahil insan – sağlamgözlü kordur”.

 

“Heç nə bilməyən adamın səhv etmək imkanı da yoxdur”.

Menandr

 

 

“Nadanlıq – insanı dünyaya biganələşdirir. Biganəlik isə xərçəng şişi kimi sağalacağına heç bir ümid olmadan yavaş-yavaş böyüyür”.

K.Paustovski

 

“Bəşəriyyətin yalnız bir xəstəliyi var – cəhalət. Bu xəstəliyə qarşı da yalnız bir dərman var – elm”.

D.Pisarev

 

“Nadanlıq – bilmədiyin şeylər barədə danışmaqdır”.

M.Prişvin

 

“Nadanın qiyməti – susmağındadır. Əgər bunu anlayıbsa, artıq o, nadan deyil”.

 

“Nadanın susmaqdan başqa yolu yoxdur. Amma bunu anlasaydı, nadan olmazdı”.

Sədi

 

“Heç nə bilməyən adam hamıya inanmağa məhkumdur”.

M.Ebner-Eşenbax