Elektron ədəbiyyat və sənət portalı

Həsəd, nifrət və qisas haqqında

Bölmə: Azad ərazi 30.10.2020

“Nifrət nəsildən-nəslə ötürülə bilər, amma məhəbbət irsən ötürülmür”.

B.Auerbax

 

“Həsəd nifrətin ən işlək təzahürlərindən biridir”.

 

* * *

“Qisas yanğısı olmayan nifrət, qranit üzərinə düşən toxum kimidir”.

O.Balzak

 

“Nədən paxıl insanlar həmişə narazı görünür? Çünki onlar tək öz uğursuzluqlarına görə yox, həm də başqalarının uğurlarına görə əzab çəkirlər”.

Əbu-əl Fərəc

 

“Nifrətə həsr olunmuş hər saat məhəbbətdən xərclənən əbədiyyət qədərdir”.

L.Byörne

 

“Heç bir ehtiras insanı məhəbbət və nifrət qədər kor etmir”.

 

* * *

“Həsəd – bayram tanımır”.

F.Bekon

 

“Paxıl insanı heç nəylə sakitləşdirmək mümkün deyil”.

 

* * *

“Həsəd – ürəyə düşmüş zəhər kimidir”.

L.Vovenarq

 

“Bütün hisslər arasında ən idbarı paxıllıqdır. Çünki nifrət də, xəyanət də, qeybət də onun bayrağı altında addımlayır”.

K.Helvetsi

 

“Nifrət narazılığın aktiv, həsəd passiv təzahürüdür. Odur ki həsədin tez bir zamanda nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil”.

 

* * *

“Nifrət ehtiraslı hissdir, məhəbbət isə ondan da ehtiraslıdır”.

İ.Höte

 

“Başqasının yaxşı gün-güzəranı paxıl insanı çürüdür, məhv edir”.

Horatsi

 

“İnsanların rifahına paxıllıq qədər zərər gətirən ikinci bir hiss yoxdur. Çünki bu xəstəliyə mübtəla olanlar tək özlərinin deyil, başqalarının da gününü qara eləyirlər”.

P.Dekart

 

“Paxıl insan özüylə də düşmən kimi rəftar edir”.

Demokrit

 

“Beyinə düşmüş paxıllıq gözə düşmüş çöp kimidir. Paxıllıqdan ağıl kor ola bilər”.

 

* * *

“Əgər diqqətimizi tamahlarımıza yox, olanlarımıza cəmləsəydik, çox az şeyə qane olardıq”.

B.Conson

 

“Paxıllara əzab verməyin ən yaxşı yolu həmişə xoş əhval-ruhiyyədə olmaqdır”.

Dioqen

 

“Nifrət – zəif insanların daxili üsyanıdır”.

A.Dode

 

“Dostların tərifi bəzən şübhə yaratsa da, düşmənin həsədinə əminliklə inanmaq olar”.

K.İmmerman

 

“Həsəd – tərifin ən səmimi formasıdır”.

D.Kollinz

 

“Özünü bədbəxt hesab edən insan ən azı doğmaların, yaxud dostların xoş gününə sevinə bilər. Paxıllıq – bu sevinci də ondan alır”.

J.Labrüyer

 

“Paxıllıq – nifrətdən də amansızdır”.

 

* * *

“Bizdəki paxıllıq hissi – həsəd apardığımız adamın xoşbəxtliyindən həmişə daha uzunömürlüdür”.

F.Laroşfuko

 

“Təqlidçilik – həsədin bir növüdür”.

H.Lessinq

 

“Həsəd – təhtəlşüurda olan ən yüksək tərifdir”.

E.Marbo

 

“Paxıl insan üçün ən ağır işgəncə, heç kimin ona paxıllıq etməməsidir”.

M.Marten dü Qar

 

“Paxıllar ölsə də paxıllıq ədədidir”.

 

* * *

“Maraq həsəddən yaranır”.

J.Molyer

 

“Həsəd – şöhrətin yol yoldaşıdır”.

Nepot

 

“Məhəbbət teleskopdan, həsəd mikroskopdan baxır”.

B.Şou

 

“Həsəd – xoşbəxt insanların düşmənidir”.

Epiktet

 

“Qisasdan yalnız cılız və alçaq ruhlu insanlar həzz ala bilər”.

Yuvenal