Elektron ədəbiyyat və sənət portalı

Müasir Azərbaycan poeziyası Rusiyanın “Online-knigi” portalında

Bölmə: Xəbər 02.11.2020

 

Rusiyanın məşhur “Online-knigi” portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində 2015-ci ildə Moskvada işıq üzü görmüş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası (poeziya)” kitabının yayınına başlayıb.

Portal əsasən bədii ədəbiyyatın (nəşr, poeziya, dramaturgiya), eləcə də tarixi, hərbi, publisistik əsərlərin yayınına üstünlük verir. Rusiya oxucuları Ceyms Coys, Vladimir Nabokov, Qabriel Qarsia Markes, Vilyam Qoldinq, Paulo Koelyo, Xalid Xosseyni, Con Faulz, Patrik Züskind kimi dünya ədiblərinin kitablarının elektron versiyası ilə bu portalda tanış olurlar. 

Keçid linki:

https://online-knigi.com/page/2000798