Elektron ədəbiyyat və sənət portalı

“Şuşa həqiqətləri” xarici KİV-də

Bölmə: Xəbər 18.11.2020

Türkiyənin “Alternatiftarih”, Misirin “Rayətu Misir Nyus”“Nile Nyus”“Asya əl-Yaum”“Əl-Vasilə Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, İsrailin “Aziz Nyus”, Rusiyanın “Finkaa.ru”“Azerros.com”“Atalar.ru”, İspaniyanın “Turaz.es” xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Şuşa həqiqətləri” adlı sənədli video-çarxın yayınına başlayıb.

Sənədli arxiv materialları əsasında yığılmış videoçarx Şuşanın qədim tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdikləri vəhşiliklərdən bəhs edir.

Qeyd edək ki, Misirin “Nile Nyus” informasiya portalının baş redaktoru Mahmud Diab “Şuşa həqiqətləri” videoçarxına istinadən Azərbaycanın qədim şəhəri olan Şuşa haqqında geniş məqalə yazıb.

Keçid linki:

https://www.nile1.com/

https://www.asiaelyoum.com/

 
http://www.alwasela.com/  

https://www.iraqnews-in.com/

 
 https://www.saadaonline.net/  
 https://alternatiftarih.com/  
http://aziznews.ru/
http://fnkaa.ru/
https://azerros.com/
https://atalar.ru/
https://rayetmisr.com/
https://turaz.es/f/%C2%A1karabaj-es-azerbaiy%C3%A1n-las-realidades-de-shusha