Elektron ədəbiyyat və sənət portalı

Paulo Koelyonun aforizmləri

Bölmə: Azad ərazi 20.11.2020

“Başqasının bədbəxtliyinə biganə olan insan ən bədbəxt insandır”. 

“Özüylə tək qalmağı bacarmayan, özünü dərk edə bilməz”.

“Dünyamızın nəyə bənzədiyini xatırlasan, anlayacaqsan ki, həyatında olan cəmi bir xoşbəxt günün möcüzəyə bərabər idi”. 

“Yaşamaq ən zərərli vərdişdir – çünki gec-tez bizi qəbrə aparacaq”.

“İnsan həmişə mübarizədədir. Məğlub olacağımızı əvvəlcədən bilsək də, daim ölümlə müharibədəyik”.

“Bizə yaşamağa güc verən canımızdakı ölüm hissidir”. 

“Əgər qarşıya qoyduğun məqsədlərə çata bilməyəcəksənsə, həyat sənin üçün bulanıq, kor-koranə oyun, yenidən ayaq üstə qalmaq üçün paraşütlə tullanmaq riski, hər gün necə deyərlər, dəridən-qabıqdan çıxmaq, qüssə və təəssüflərdən ibarət olacaq”.

“Bəli, həyat dəlilikdir: insanın müdrikliyi isə bu dəliliklərdən ən doğru olanı seçə bilməsindədir”.

“Həyat bəzən insana heyrətamiz dərəcədə xəsislik göstərir – günlərlə, həftələrlə, aylarla, illərlə xoş yeniliklərə tamarzı oluruq. Sonra qapı açılır və hər şey sanki sel kimi üstümüzə gəlir”. 

“Tanrılar bizim ümid və planlarımızı heç vaxt nəzərə almır. Onlar sonsuz kainatın hansısa künc-bucağında beşdaş oynayırlar və seçim təsadüfən sənin üzərinə düşür. Bunun uduş olub-olmayacağı isə təsadüfdən asılıdır”.

“İnsanlar hər şeyin dəyişilməsini arzulamaqla yanaşı, həm də hər şeyin əvvəlki kimi qalmasını istəyirlər”. 

“Kainat – ən səfeh arzularımızın belə həyata keçməsinə həmişə yardımçı olur”.

 

“Arzularını öz əlinlə boğmaqdansa, əlinlə sığalla”.

“Ən ülvi arzularımızı gerçəkləşdirməkdən həmişə qorxuruq. Ya bizə elə gəlir ki, onlara layiq deyilik, ya da bu arzuların həyata keçməyəcəyinə daxilimizdə qəti əminlik olur”.

“İşgəncənin qorxusu, işgəncənin özündən daha dəhşətlidir”.

“Minlərlə adı olsa da, Tanrı təkdir. Onu hansı adla çağıracağın isə öz seçimindən asılıdır”.

“Tanrı heç vaxt sənin başından içəri keçməyəcək. Onun istifadə etdiyi yeganə qapı sənin ürəyindir”.

“İnsanlar Tanrını müxtəlif cür dərk edir: bəziləri inamla, bəziləri inamsızlıqla, bəziləri tərəddüdlə”.

“Bütün cavabları tapan kimi bütün suallar dəyişir”.

“Diplomatiya – həm də bütün problemlər öz-özünə həll olunana qədər qəbul edilmiş qərarları təxirə salmaq bacarığıdır”.

“Məsləhət – həyat nəzəriyyəsidir: həyat təcrübəsi isə tamam başqa şeydir”.

“Tənhalıqdan qorunun. Tənhalıq narkomanlıqdan da betər asılılıqdır”.

“İnsan gözüylə gördüklərini yox, təsəvvüründə olanları arzulayır”.

“İnsan üçün ən əlçatmaz varlıq özüdür”.