Elektron ədəbiyyat və sənət portalı

Uinston Çörçillin aforizmləri

Bölmə: Azad ərazi 12.12.2020

“Zaman pis tərəfdaşdır”.

* * *

“Generallar həmişə keçmiş müharibəyə hazırlaşırlar”.

* * *

“Xəbəri danışmaqdansa, yaratmaq yaxşıdır”.

* * *

“Hamıyla razılaşan adam heç kimlə razı deyil”.

* * *

“Televiziya bayağı və vulqar bir əyləncədir”.

* * *

“Alkoqoldan o məndən aldığından daha çox almışam”.

* * *

“İngilislərin hərəsinin öz hərəkət istiqaməti var və onlardan heç biri birbaşa deyil”.

* * *

“Milləti idarə etmək, dörd övladı tərbiyə etməkdən daha asandır”.

* * *

“Müdrik insan bütün səhvlərini təkbaşına etmir – başqalarına da şans verir”.

* * *

“Artıq elə bir yaşdayam ki, özümü pis hiss etməyə ixtiyarım yoxdur”.

* * *

“Bolşeviklər sonradan uğurla öhdəsindən gəldikləri çətinlikləri özləri özləri üçün yaradırlar”.

* * *

“Uğur – inamı itirmədən bir uğursuzluqdan o birinə hərəkət edə bilmək bacarığıdır”.

* * *

“Hesabat kitabının əndazəsiz qalınlığı onu oxumaq təhlükəsindən qoruyurdu”.

* * *

“Pul yığmaq  xeyirli şeydir – xüsusən bu işi sizin əvəzinizə valideynləriniz görəndə”.

* * *

“Məktəb müəllimləri baş nazirin yalnız arzulaya biləcəyi külli-ixtiyar sahibidir”. 

* * *

“Dəyişməz qalmağın ən yaxşı üsulu şəraitə uyğun dəyişə bilməkdir”.

* * *

“Sitatları həmişə yoxla: özününkünü deməzdən əvvəl, özgəninkini deyiləndən sonra”.

* * *

“Nümunəvi döyüşçü ilə nümunəvi köləni özündə ən yaxşı birləşdirən xalq almanlardır”.

* * *

“Ruslara heç vaxt dəyər verməyiblər – əslində isə onlar sirri yalnız düşməndən deyil, dostlardan da qorumağı bacarırlar”.

* * *

“Cavanlıqda radikal olmayan ürəksiz, qocalıqda konservator olmayan ağılsızdır”.

* * *

“Demokratiya – bəşəriyyətin bütün tarixi boyu sınaqdan keçirdiklərini nəzərə almasaq, ən pis idarəetmə üsuludur”.

* * *

“Xaricdə olarkən öz ölkəmin iqtidarını heç vaxt tənqid etmirəm, qayıdanda isə ürəyimi artıqlamasıyla boşaldıram”.

* * *

“Mən həmişə bir qaydaya riayət etmişəm: dayana bilirsənsə, qaçma; otura bilirsənsə, dayanma; uzana bilirsənsə, oturma”.

* * *

“Siyasət də müharibə kimi maraqlı, amma daha təhlükəlidir. Müharibədə sizi bir dəfə, siyasətdə isə dəfələrlə öldürə bilərlər”.

* * *

“Kapitalizmin əsas qüsuru insanlar arasında rifahın qeyri-bərabər bölünməsi, sosializmin əsas üstünlüyü isə məhrumiyyətlərin bərabər bölünməsidir”.

* * *

“Siyasətçi sabah, bir həftə, bir ay, bir il sonra nələrin baş verəcəyini qabaqcadan görməyi bacarmalıdır. Sonra da niyə baş vermədiyini izah etməlidir”.