Elektron ədəbiyyat və sənət portalı

Təkəbbür və şöhrətpərəstlik haqqında

Bölmə: Azad ərazi 26.12.2020

“Əgər yalnız özünə hörmət edirsənsə, başqlarından nə hörmət gözləyirsən?”

Abay

“Özünü daim gözə soxan insanın içində heç nə yoxdur”.

O.Balzak

“Digər qanadlılar qarşısında bər-bəzəkli quyruğuyla qürrələnən tovuz ağlıyla yox, gözəlliyi ilə məşhurdur”.

V.Belinski

“Təkəbbürlü insan xeyirxah ola bilməz. O həmişə layiq olduğundan az aldığını düşünür”.

Q.Biçer

“Şöhrətpərəstlik və səfehlik – ayrılmaz rəfiqələrdir”.

P.Bomarşe

“Alçaldılmış qürur, insan hüquqlarının tapdanmasından da təhlükəlidir”.

L.Bonald 

“Öz üstünlüklərimizdən çox danışdıqca, bizə daha az inanırlar”.

P.Boşen 

“Şöhrətpərəstlik insanı elə həddə gətirir ki, özünü gözə soxmaq xatirinə o, ən cəfəng şeylər danışır”.

* * *

“Ən böyük qələbə təkəbbür üzərində qələbədir”.

* * *

“Özünü tərifləmək başqalarına “mən hamımızdan yaxşıyam” demək kimi rəzillikdir”.

P.Buast 

“İnsanın ən böyük qüsuru hamını mühakimə etmək, bir də özünü tərifləməkdir”.    

* * *

“Təkəbbürlü müdrikliyin bütün təzahürləri ikrah doğurur”.

F.Bekon

“Ən dözülməz təkəbbür gücsüzlük hissindən yaranır”.

P.Valeri

“Şöhrətpərəstlik – ən təbii insani hiss olmaqla yanaşı, insani təbiilikdən məhrum edir”.

* * *

“Təkəbbür – zəif insanların təsəllisidir”.

L.Vovenarq

“Yalnız özünə yararlı olan insan heç nəyə yaramır”.

* * *

“Yalnız hədsiz cılız insanlar hədsiz təkəbbürlü olur”.

F.Volter 

“Öz qüsurlarından – xüsusən də mənəvi qüsurlarından əziyyət çəkənlər çox vaxt özləri haqqında yüksək fikirdə olurlar”.

İ.Höte

“Təkəbbür yaramazlığın doğma atasıdır”.

* * *

“Təkəbbürlü insan cəmiyyətin sinəsində bərkimiş şiş kimidir”.

M.Qorki 

“Şöhrətpərəstlik – içimizdə olan və özümüzə qarşı yönələn amansız bir qüvvədir”.

V.Hüqo

“Dayanmadan danışmaq və kimisə dinləmək həvəsində olmamaq təkəbbürlük əlamətidir”.

Demokrit

“Təkəbbürlü insanın devizi belədir: “Məqsəd mən özüməm, qalanlar hamısı vasitədir”.

E.Kapiev 

“Nökər yalnız öz ağasına, şöhrətpərəst isə onun yüksəlişinə yardım edə biləcək bütün insanlara itaət edir”.

J.Labrüyer

“Hamıya qarşı inamsızlıqla təkəbbürü həmişə yanaşı görmüşəm”.

Q.Lixtenberq 

“Təkəbbürlə acizlik siam əkizləri kimidir”.

D.Loyell

“Özünütənqidə hamı inanır, özünütərifə isə heç kim inanmır”.

M.Monten

“Özünə hörmət etməyən zavallı, özündən razı olan isə səfehdir”.

G.Mopassan

“Şöhrətpərəst insandan ədalət gözləməyin”.

V.Olston 

“Təkəbbür – ruhun xərçənginin ilkin təzahürüdür”.

V.Suxomlinski

“Təkəbbür – özündən başqa hamıya nifrət etməyin əlamətidir”.

Teofrast

“Özünəvurğunluq – bir ömür davam edən romandır”.

O.Uayld

“Şöhrətpərəstlik insana fəxarət yox, yalnız rəzalət gətirir”.

Fedr

“Təkəbbürlü insan başqalarındakı təkəbbürə qarşı dözümsüz olur”.

* * *

“Şöhrətpərəstliklə nahar edən təkəbbür şam süfrəsində nifrət yeyir”.

B.Franklin

“Ehtirasların ən əzəmətlisi şöhrətpərəstlikdir. Məni bu ehtirasdan xilas etsən, o birilərindən canımı özüm də qurtara bilərəm”.

P.Şeridan 

“Şöhrətpərəstlik insanı çərənçi edir”.

A.Şopenhauer

“Təkəbbür insandakı bütün qüsurları təcrid edir – yalnız özündən başqa”.

P.Emerson