Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan ədəbiyyatı Belarus ədəbi portalında

Bölmə: Xəbər 13.01.2021

Belarusun populyar  “sozvuçhie.by”  ədəbi portalında Dövlət Tərcümə Mərkəzinin  “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində “Bayatılar – Azərbaycan poeziyasının incisi” adlı məlumat və videoçarx yerləşdirilib.

Videoçarx Mərkəzlə Rusiyanın “Rossotrudniçestvo” təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və təşkilatın rəsmi facebook səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, portal indiyədək bu layihə çərçivəsində Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinin yaradıcılığına da geniş yer ayırıb. 

Keçid linki:

http://sozvuchie.by/poeziya/bayaty-zhemchuzhina-azerbajdzhanskoj-poezii.html