Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə keçirdiyi Seçim Turlarının növbəti mərhələsinə start verir. Turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin mart ayının 31-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilə bilər.
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. CV
Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir;
2. turlarda iştirak ödənişlidir.
Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)