Bir sıra nüfuzlu xəbər portalları – Misirin “Nile-1”, “Asiaelyoum”, Əlcəzairin “Dzayerinfo”, İraqın “İraq News”, Çinin “Alharir”, Mərakeşin “Banassa”, Özbəkistanın “Azculture.uz”, İspaniyanın “Turaz.es” saytı Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” yazısına öz səhifələrində yer ayırıb.
Tarixi faktlara istinadən hazırlanmış yazı Azərbaycanın yaxın keçmişində baş vermiş faciəvi hadisədən – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin paytaxt Bakıda və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı törətdikləri qətliamdan, insanlığa sığmayan vəhşiliklərdən bəhs edir.
Keçid linki: |
|
https://dzayerinfo.com | |
https://turaz.es/ |