Elektron ədəbiyyat və sənət portalı

Mikayıl Müşfiq yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

Bölmə: Xəbər 01.02.2021

 Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Yenə o bağ olaydı...”, “Bizim gözlər”, “Könlüm mənə deyir ki...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata yer ayırıb.

  Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi Vladimir Qafarovdur.

   Geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsan kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayıran aparıcı ədəbiyyat portalıdır. 

Keçid linki:

https://adebiportal.kz/ru//blogs/view/5035