Elektron ədəbiyyat və sənət portalı

Vaqif Səmədoğlu yaradıcılığı Türkiyə ədəbiyyat portalında

Bölmə: Xəbər 09.02.2021

  Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun türk dilinə tərcümə edilmiş  “Son nəfəsdə arınan günah kimi”, “Son gecədir bu gün yenə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

    Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyatının seçmə nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini­n yayınına başlayıb.

Keçid linki:

VAGIF SAMETOĞLU (1939 – 2015) - ERİK AĞACI ÖYKÜ SİTESİ (erikagacioyku.com)