Elektron ədəbiyyat və sənət portalı

Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Milli Yazıçılar Birliyi arasında Memorandum imzalandı

Bölmə: Xəbər 12.02.2021

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Milli Yazıçılar Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

    Memorandumda iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində klassik və müasir ədəbiyyatların tərcümə edilərək nəşr olunması, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılması, dövlət və ictimai kitabxanalara yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

    Memorandumda uzunmüddətli və konstruktiv əməkdaşlıq münasibətləri çərçivəsində hazırlanıb həyata keçiriləcək birgə layihələrin iki dost ölkənin mədəni və ictimai həyatında əhəmiyyətli rol oynayacağı qeyd edilir.

    Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və Ukrayna Milli Yazıçılar Birliyinin sədri Mixail Sidorjevski tərəfindən imzalanıb.