Elektron ədəbiyyat və sənət portalı

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR NİZAMİ GƏNCƏVİ HAQQINDA

Bölmə: Azad ərazi 15.02.2021

           

   “Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir... O bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır”.

Heydər Əliyev

 Azərbaycan xalqının ümummilli lideri

 

 

   “Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli  yer tutur”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

   “Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir. Nizami yaradıcılığı bütün dünyada sevilir. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır.
Nizami yaradıcılığı yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçilir. Hələ orta əsrlərdə – Renessans dövründə bir çox Avropa ədibləri Nizaminin əsərlərinə müraciət edib”
.

Mehriban Əliyeva

Azərbaycan Respublikasının birinci vitse-prezidenti

 

 

   “İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöhrəti qazanan “Xəmsə” şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi zəruri olan zəngin bədii xəzinədir. Bütün şairlər onun ustalığını etiraf etmişdir”.

Abasqulu ağa Bakıxanov

tarixşünas, yazıçı-mütəfəkkir, tərcüməçi

 

 

   “Nizaminin yaradıcılığı bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsidir”.

Mirzə Fətəli Axundzadə

Azərbaycan və Şərq dramaturgiyasının və realist nəsrinin banisi

 

 

   “Şeyx Nizami böyük şairlərdən biri olub. Onun kimi fəcih, rəvantab və şirinzəban şair dünya üzərinə az gəlibdir. Heç bir şair o ləyaqət və zəriflikdə söz deməyibdir”.

Firudin bəy Köçərli

Azərbaycan ədəbiyyatşünaslığının banisi, pedaqoq, maarifçi

 

 

   “Nizami əsərlərini fars dilində yazmasına baxmayaraq, həmişə bir azərbaycanlı kimi düşünmüş, öz obrazlı ifadələrini  həmişə xalqdan, canlı xalq dilindən almışdır. Təsadüfi deyildir ki, farslar Nizami və Xaqani şeirlərindən danışanda “buye tork  miayəd” (“bunlardan türk qoxusu gəlir”) deyirlər”.

Həmid Araslı

Azərbaycan SSRİ EA həqiqi üzvü, akademik

 

   “İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur”.

Yohan Volfqanq Höte

 şair, filosof, dövlət xadimi

 

 

   “Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi «Leyli və Məcnun» əsərini türk dilində yazmaq istəyir. “Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə əsəri farsca yazmağa razılıq verir. Şair öz etirazını əsərdə belə şərh etmişdi: “Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam”.

Yevgeni Bertels

şərqşünas alim, SSRİ EA müxbir üzvü,

SSRİ Dövlət Mükafatı laureatı

 

 

    “Aydındır ki, Nizami farsca yazıb. Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran millətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onun vətəni Azərbaycanla əlaqəsinin olmaması fikri yeni deyil. Ancaq bu həyasız yalan heç kimi aldada bilmədi”.

Nikolay Tixonov

 tanınmış Rusiya şairi, nasiri və ictimai xadimi

 

 

   “Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan Nizami Gəncəvinin əsərləri bütün dövrlər üçün əvəzsiz xəzinədir. Dahi Nizaminin yaradıcılığı digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır, italyan dilinə də tərcümə edilir, sevilir”.

Mineli Bernardini

Neapol universitetinin professoru, şərqşünas-alim

 

 

   “Bütün dövrlərin mütəfəkkirləri Nizaminin beş poemasını poeziyanın möcüzəsi, beş incisi adlandırmışdır”.

Lyusian Klimoviç

Rusiya əbəbiyyatşünası, şərqşünas-alim

 

 

   “Nizami elə uzaqgörən şəxsiyyət olmuşdur ki, onun yaradıcılıq gəmisi başlanğıcı və sonu olmayan “insan qəlbi” adlı yeganə dənizdə adadan-adaya üzür”.

Rudolf Qelpne

tanınmış İsveç şərqşünası, ədəbiyyatşünas-alim

 

 

   “Söz gövhərinin boyunbağısını heç kim Nizami kimi düzməyib. Haqqın minlərlə rəhməti onun ruhuna ki, həqiqətən, şeir onunla xətm olunub”.

Saib Təbrizi

yazıçı, şair, mütəfəkkir