Elektron ədəbiyyat və sənət portalı

“Yeni alınma sözlər lüğəti” nəşr olundu

Bölmə: Xəbər 19.02.2021

Dövlət Tərcümə Mərkəzi son 25–30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və digər sahələrdə gedən proses və tendensiyaları əks etdirən yeni  alınma sözlərin toplandığı “Yeni alınma sözlər lüğəti (izahlı sözlük)” kitabını nəşr edib.

Mütəxəssislərlə yanaşı kütləvi istifadə üçün nəzərdə tutulan lüğətin tərtibçi-müəllifi – filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, elmi redaktoru – AMEA-nın həqiqi üzvi Nizami Cəfərov, nəşriyyat redaktorları – Bəhlul AbbasovLətafət Səmədova və Aqşin Məsimovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:

  • “Libraf”
  • “Kitabevim.az”
  • “Akademkitab”
  • “Akademiya” kitab evi
  • “Azərkitab”
  • Prezident Aparatının Kitab evi
  • Azərbaycan Dillər Universitetinin satış köşkü
  • “Pero” kitab mağazası
  • “Oxumalı” kitab evi
  • “Lider” kitab evi