Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan hekayəsi Gürcüstanın ədəbiyyat portalında

Bölmə: Xəbər 16.03.2021

    Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”  layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Əlabbas Bağırovun gürcü dilinə tərcümə edilmiş “Gözəl” hekayəsinə və yazıçının yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

    2008-ci ildən fəaliyyət göstərən portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski, Mario Varqas Lyosa, Silviya Plat kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

    Portalın baş redaktoru – tanınmış gürcü yazıçısı Malxaz Xarbedidadır.

Keçid linki:

http://arilimag.ge/5991-2/