Elektron ədəbiyyat və sənət portalı

Fransua de Laroşfukonun aforizmləri

Bölmə: Azad ərazi 17.03.2021

“Külək şamı söndürsə də, tonqalı daha da alovlandırır”.

“Ciddilik – bədənin ağlın çatışmazlığını gizlətmək üçün aldığı pozadır”.

“Özünü hamıdan ağıllı saymaqdan böyük axmaqlıq yoxdur”.

“Yalnız böyük səylər hesabına saxlanılan sədaqət, heç də xəyanətdən üstün deyil”.

“Başqalarının köməyi olmadan da keçinə biləcəyini düşünən insan səhv edir. Başqalarının onun köməyi olmadan keçinə bilməyəcəyini düşünən insan isə ikiqat səhv edir”.

“Ağıldankəmlər hər xırda incikliyə qarşı həssas olur. Zəkalı insanlar isə hər şeyi hiss etsələr də, heç nədən incimir”.

“Heç nəyi məsləhət qədər səxavətlə paylamırıq”.

“Ölərilərə xas tərzdə hər şeydən qorxuruq, həm də sanki ölümsüzlüklə mükafatlanmış kimi hər şey istəyirik”.

“Bədbəxtlik və xoşbəxtliyin bizim hissiyyat imkanlarımızdan kənara çıxan hüdudları da olur”.

“İzdivac – sizin düşmənlə bir yataqda yatdığınız yeganə müharibədir”.

“Hər şey yalnız gözləməyi bacaranlar üçün gəlir”.

“Başqalarına inam özünəinamdan yaranır”.

“Nəfsimizi boğa bilməyimizin səbəbi gücümüzə yox, nəfsimizin zəifliyinə görədir”.

“Bəzi insanlara həddindən artıq yaxşılıq eləmək, həddindən artıq pislik eləməkdən daha təhlükəlidir”.

“İnsanlar daha bir-birini sevməyəndə ayrılmaq üçün səbəb tapmaq çətin olur”.

“İnsan heç vaxt hiss etdiyi qədər bədbəxt, arzuladığı qədər xoşbəxt deyil”.

“Qocalar artıq pis nümunə göstərmək iqtidarında olmadıqlarına görə yaxşı məsləhətlər verməyi xoşlayırlar”.

“Sizdən həqiqəti gizlədən insandan incimək lazım deyil. Həqiqəti çox vaxt özümüzdən də gizlədirik”.

“Qısqanclıq bir faiz sevməkdən, doxsan doqquz faiz özünəvurğunluqdan yaranır”.

“Heç kimi bəyənməyən insan, heç kimin bəyənmədiyi insandan daha bədbəxtdir”.

“Təbiiliyə ən çox mane olan şey, təbii görünmək istəyidir”.

“Sevdiklərimiz ruhumuza özümüzdən daha artıq hakim kəsilir”.

“Dünyanı tale və tamah idarə edir”.

“Özümüzdən başqa kiminsə sezmədiyi səhvlərimizi daha asanlıqla unuduruq”.

“İnsan axmaqlıq etmək üçün də ağlından istifadə edir”.

“Məsləhət verə bilərsən, amma ondan düzgün istifadə üçün ağıl vermək mümkün deyil”.

“Elə bir insan yoxdur ki, sevgi bitəndən sonra köhnə məhəbbətinə görə utanc hissi keçirməsin”.

“Qısqanclıq məhəbbətlə doğulur, amma məhəbbətlə ölmür”.

“Əgər özümüz səhv etməsəydik, başqalarının səhvindən bu qədər həzz almazdıq”.

“Saxta hisslərimizi göstərmək, həqiqi hisslərimizi gizlətməkdən daha asandır”.

“İki sevgilidən biri sevir, o biri isə sevilmək üçün imkan yaradır”.

“Bəzi insanlar paltar kimidir – dəbdən tez düşür”.