Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan poeziyası Çili ədəbiyyat jurnalında

Bölmə: Xəbər 09.04.2021

  Çilinin populyar “Aerea”  Revista Hispanoamericana de Poesía” (“Aerea” İspan–Amerikan illik poeziya dərgisi) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairləri Səməd Vurğunun  “Şair nə tez qocaldın sən?”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Məmməd Arazın “Əlvida dağlar” şeirlərinə və yaradıcılıqları haqqında məlumata geniş yer ayırıb.

       2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ və digər ölkələrin universitetlərində də tədris olunur.

       Azərbaycan şairlərinin şeirlərinin həm Azərbaycan, həm də ispan dilində işıq üzü gördüyü dərgi mütəmadi olaraq Monika Velaskes QusmanKarlos AquasakonLeonel AlvaradoLuis Benites və Viktor Koral kimi dünyaca məşhur şairlərin əsərlərinə yer ayırır.

       Dərginin baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.

 

http://www.aepoesia.com/p/inicio.html