Yazdıqları kitablara və qazandıqları mükafatlara rəğmən, qələm sahibləri də adi insanlardır və onların da özünəməxsus qəribəlikləri, hobbiləri və inancları var…
Bram Stoker "Drakula"nın müəllifi Bram Stoker təkcə yarasalar, vampirlər və ölümsüzlük haqqında romanlar yazmayıb. Onun "Məşhur fırıldaqçılar" adlı araşdırma əsəri də var. Bir çox fırıldaqçının ifşa edildiyi kitabda diqqəti daha çox cəlb edən məqam kraliça Elizabet haqqında yazılanlardır. Yazıçı, onun bu adı formal olaraq daşıdığına, taxt-tacı idarə edənlərin isə kraliçanın qılığına girmiş məddahların olduğuna diqqəti çəkir. |
|
|
Maya Encelou Maya Encelou təkcə yazıçı deyil, şairə, rəqqasə, aktrisa və müğənni kimi də məşhurdur. Amma Encelounun hələ 17 yaşında ikən "ən qədim peşə"nin nümayəndələrindən olduğu indiyə qədər naməlum qalıb. Belə ki, o vaxt gənc və tənha ana olan Mayanın bir müddət bu yolla pul qazandığı, lakin qardaşının hədələrindən sonra bu işdən çəkindiyi bildirilir. |
|
Çarlz Dikkens İngilis ədəbiyyatında özünəməxsus yeri olan Dikkensin heç kimə məlum olmayan qəribəlikləri və maraq dairəsi olub. Məşhur yazıçı asudə vaxtlarını Paris meyitxanasında keçirməkdən, Temza çayı kənarında polislərlə yanaşı dayanıb özünü suya ataraq intihar etmiş insanların meyitlərinə baxmaqdan zövq alarmış. |
|
Mark Tven Amerika nəsrinin banisi sayılan Mark Tven yazıçılıqla yanaşı, müxbirlik də edib, mədəndə çalışıb, hətta dəniz kapitanı kimi də fəaliyyət göstərib. Çalışdığı bütün sahələrdə məharətini göstərməyi bacaran Mark Tvenin dəb sahəsində də "kəşfi" var. Belə ki, o, qadın geyimlərinin vacib aksesuarlarından birinin müəllifidir. |
|
Ceyms Metyu Barrou Şotland dramaturqu və romançısı Ceyms Metyu Barrou kriket idman növünə aludəçiliyi ilə ad çıxarıb. Bu həvəsinin ardınca gedən yazıçı, hətta bir idman klubu da açaraq komanda üzvlərini təcrübə və bacarıqlarına deyil, tamamilə başqa kriteriyalara görə seçib. Belə ki, Barrou həyat yoldaşlarını sevən və ona qeyri-adi görünən adamları komandasına dəvət edirmiş. Bu komandanın üzvləri arasında məşhur detektiv yazarı Artur Konan Doyl da olub. |
|
Artur Konan Doyl Ədəbiyyat tarixinin, bəlkə də, ən məntiqli və ən ağıllı obrazı olan Şerlok Holmsun yaradıcısı Artur Konan Doylun özünün bu məşhur qəhrəmanının tam əksi olduğu bildirilir. Oğlunun Birinci Dünya müharibəsində həlak olmasından sonra özünü magiya elminə həsr edən Doyl, dostu Harli Qudinin qeyri-adi gücə malik olduğunu sübut etmək üçün xeyli əmək sərf edib. |
|
Aqata Kristi Aqata Kristinin romanları təkcə ağlasığmaz cinayətlərin açıldığı və amansız qatillərin yaxalandığı hadisələrdən ibarət deyil. Belə ki, Kristinin "Ölüm cadusu" adlı məşhur romanı dünyanın müxtəlif yerlərində, müxtəlif zamanlarda üç müxtəlif insanın həyatını xilas edib. |
|
Stiq Larson Ədəbiyyat aləminin yeganə "səyyah" yazıçısı heç də Ernest Heminquey deyil. "Əjdaha döyməli qız" əsərinin də daxil edildiyi "Millenium" silsiləsinin müəllifi, yazıçı Stiq Larson tək çiyin çantasıyla bütün Afrikanı gəzib-dolaşmış, solçu jurnalist olduğu üçün hətta bəzi dairələrdən ölüm təhdidləri ilə də üzləşmişdi. |