Elektron ədəbiyyat və sənət portalı

Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

Bölmə: Xəbər 29.04.2021

Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Xalq şairi Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə  ayırıb.

Şeirlərin rus dilinə tərcümə müəllifləri – V.LuqovaA.Kronqauz və V.Zayçevdir.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://adebiportal.kz/ru//blogs/view/5190