Frans Kafkanın aforizmləri
“Başdan qələmə olan yol, başdan dilə olan yoldan daha uzun və çətindir”.
***
“Həyatın yeganə mənası onun sonunun olmasıdır”.
***
“Özünə quyunu nə qədər dərin qazırsansa, həyatın da bir o qədər sakitləşir”.
***
“Səni tərk edib gedəni sevmək çətin deyil”.
***
“Evdən çıxmağa ehtiyac yoxdur. Stolun arxasında əyləş və qulaq as. Hətta qulaq da asma, gözlə. Hətta gözləmə, qımıldanmadan tək-tənha otur. Bax onda dünya üzünə qapı kimi açılacaq. Başqa cür ola bilməz”.
***
“Qələm yazıçının əşyası yox, əzasıdır”.
***
“Mən danışdığımdan fərqli yazıram, düşündüyümdən fərqli danışıram, lazım olandan fərqli düşünürəm və ən zülmət dərinliklərə qədər belə davam edir”.
***
“Həyat hər an diqqətimizi yayındırmaqla məşğuldur. Amma nələrdən yayındırdığını sezməyə macalımız olmur”.
***
“Teatr gündəlik həyatdan daha sürətli, daha güclü olmalıdır ki, insana təsir etsin”.
***
“Atəş zamanı hədəfin özündən də yüksəyi nişan almaq lazımdır”.
***
“Mənim ədəbiyyata marağım yoxdur. Çünki ədəbiyyat özüməm, qanım-canımdır və mən başqa cür ola bilmirəm”.
***
“İnsan üçün ən ağrılı şey bilmədiyi qanunlarla idarə olunmasıdır”.
***
“İnsan məna axtara-axtara ağlasığmaz mənasızlıqlar yaradır”.
***
“Yalnız eyni azara tutulanlar bir-birini anlayır”.
***
“Elə qərarlar var ki, geriyə yolu yoxdur. Onları mütləq qəbul etmək lazımdır”.
***
“Ya dünya çox balacadır, ya da biz çoxuq. Hər halda, dünyanı büsbütün doldura bilirik”.
***
“Hər şey, hətta yalan da həqiqətə xidmət edir. Kölgə Günəş işığını söndürə bilməz”.
***
“Poeziya həyatı sahmana salır”.
***
“Dünyanın səninlə mübarizəsində, dünya tərəfindən sekundant kimi çıxış et”.
***
“O öz arzularıyla, arzuları da onunla oynayırdı”.
***
“Qorxu anında ağlımıza hər cür cəfəng fikirlər gəlir. Azca sakitləşən kimi hər şey yoluna düşür”.
***
“Yazmayanda yorğun oluram, ruhuma kədər və ağırlıq çökür, yazanda isə narahatlıq və qorxu hissi keçirirəm”.
***
“Əsl rəqib qarşısında hədsiz güclü olursan”.
***
“İnam – gilyotin baltası kimidir – ağır və yüngül”.
***
“Mənə layiq olduğumdan da artıq mənəvi rahatlıq lazımdır”.