Elektron ədəbiyyat və sənət portalı

Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var”

Bölmə: Xəbər 08.06.2021

   İyunun 8-də Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhi, Şimali Kipr Təhsil və Mədəniyyət attaşesi cənab Teyfik Ulual Dövlət Tərcümə Mərkəzində olublar.

   Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Türkiyə ədəbiyyatı nümunələri – 2017 və 2018-ci illərdə Azərbaycanda nəşr olunmuş “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya və nəsr) kitabları ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Şimali Kipr ədəbiyyatlararası əlaqələrin genişlən­dirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

   Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var. Kipr yazıçı və şairləri, rəssam və bəstəkarlarının əsərləri bu gün dünyanın aparıcı kitabxanalarında, sərgilərində yer almaqdadır. Bu sənət incilərinin Azərbaycanda da tanıdılması qarşımızda duran əsas vəzifələrdən biridir”.

   Görüşün sonunda nümayəndəliyin adından Teyfik Ulualın müəllifi olduğu Səlimiyyə məscidinin fotosu Mərkəzə hədiyyə edilib.