“Həyatlarının istədikləri kimi alınmadığına görə əllərini yanına salıb göz yaşı tökməklə kifayətlənən adamlar və xalqlar heç nəyə yaramır”.
Marqaret Mitçell: “Küləklə sovrulanlar”.
“Kitab yandırmaqdan da ağır cinayətlər var. Məsələn, kitab oxumamaq”.
Rey Bredberi: “451 dərəcə Farangeyt üzrə”.
“Hər ömrün öz yağışı var”.
Pelem Qrenvil Vudhaus: “Nikah mövsümü”.
“Öz qüsurlarımı başqalarında da görəndə dözə bilmirəm”.
Oskar Uayld: “Dorian Qreyin portreti”.
“Sual verən adam beş dəqiqəlik, sual verməyən isə ömürlük səfehdir”.
Bernar Verber: “Qarışqalar”.
“Cahil insanların hamısı ağ kağızdan olan səhifələr kimi eynidir, aqil insanlar isə kitab kimidir”.
***
“Həyatın əsl mənası, hər günü yenidən yaratmaqdır”.
***
“Qorxaqlıq – ruhun diz çökməsidir”.
Fen Tzitsay: “Ruhun uçuşu”.
“Bəzən insanlara pislik etmək, həddindən artıq yaxşılıq etməkdən daha təhlükəsiz olur”.
Fransua de Laroşfuko: “Mənəvi düşüncələr”.
“Kədəri unutmaq çətin, sevinci xatırlamaq ondan da çətindir. Xoşbəxtlik çapıq izləri qoymur”.
Çak Palanik: “Gündəlik”.
“Zil qaranlıqda qəbul edilən qərar, adətən, hava işıqlananda öz gücünü itirir”.
Diana Setterfild: “On üçüncü nağıl”.
“Niyə axı insana xoşbəxtlik gətirən şey, həm də onun iztirablarına çevrilir”.
İohann Volfqanq Höte: “Gənc Verterin iztirabları”.
“Əgər dünyada hər şey belə mənasızdırsa, hansısa bir məna yaratmağa nə mane olur ki?”
Luis Keroll: “Alisa möcüzələr ölkəsində”.
“Xoşbəxtliyin nə dünəni, nə də sabahı var – keçmişi xatırlamır, gələcəyi düşünmür. Onun üçün yalnız bu gün var, o da bütöv bir gün yox, andır”.
İvan Turgenyev: “Asya”.
“Özümüzü olduğumuz kimi qəbul etməyimiz bizləri necə ola biləcəyimiz barədə ümidlərdən də məhrum edir”.
Con Faulz: “Volxv”.
“Başqalarını mühakimə etmək, özünü mühakimə etməkdən daha asandır. Əgər özünü mühakimə edə bilirsənsə, sən müdrik adamsan”.
Antuan de Sent-Ekzüperi: “Balaca şahzadə”.
“Yalnız heç hara tələsməyənlər hər yerə çata bilirlər”.
Mixail Bulqakov: “İt ürəyi”.
“Əgər vəziyyətdən çıxış yolu görmürsünüzsə, məntiqsiz hərəkət edin. Bu, yeganə çıxış yoludur”.
Koko Şanel: “Qadının danışdığı həyat tarixçəsi”.
“Gərək özün özünü sevib tərifləyəsən. Belə məsuliyyətli bir işi başqasına necə etibar etmək olar?”
Maks Fray: “Sadə görünən sehrli əşyalar”.
“Mənə elə gəlirdi ki, qadın kişiyə öz sevgisini etiraf edə bilməz. Bu sözləri onun xoşbəxtlikdən alışıb-yanan gözləri deməlidir”.
***
“Xoşbəxtliyin nə olduğunu yalnız bədbəxtlər bilir”.
Erix Mariya Remark: “Üç yoldaş”.
“İnsanla doğmalaşmaq üçün, heç olmasa, bir dəfə onunla göz-gözə söhbət etməlisən”.
İvan Turgenyev: “Ərəfə”.
“Əgər qanadsız doğulmusansa, onun açılmasına mane olma”.
Anri Çidel: “Koko Şanel”.
“Əgər gözəl bir qız görüşə razılıq veribsə, onun gecikməsinə kim əsəbiləşər? Heç kim!”
Cerom Selincer: “Çovdarlıqda uçurumdan qoruyan”.
“Yanımızdan ötüb keçin və xoşbəxtliyimizə görə bizi bağışlayın”.
Fyodor Dostoyevski: “İdiot”.
“Bütün dünyanı sevməyə hazır idim, amma məni anlayan olmadı və nifrəti öyrəndim”.
Mixail Lermontov: “Zəmanəmizin qəhrəmanı”.
“Öz həyatı olmayan insanlar həmişə başqalarının həyatına qarışırlar”.
Karlos Ruis Safonyu: “Küləyin kölgəsi”.
“Nə istədiyini ürəyindən soruş”.
Paulo Koelyo: “Məktub”.
“İnsanda gərək hər şey gözəl olsun – sima da, libas da, ruh da, düşüncə də”.
Anton Çexov: “Vanya dayı”.
“Həmişə inamlı, ehtiyatlı və dürüst ol”.
Ceffri Lindsey: “Deksterin yatmış iblisi”.
“Səhv – məhəbbətin ayrılmaz hissəsidir”.
Viktor Hüqo: “Səfillər”.
“Daş hasarlar sevginin qarşısını kəsə bilməz”.
Uilyam Şekspir: “Romeo və Cülyetta”.
“Mən büsbütün sənə olan məhəbbətdən ibarətəm”.
Stendal: “Qırmızı və qara”.
“Bizləri yalnız az diqqət göstərdiyimiz qadınlar nəvazişlə sevirlər”.
Onore de Balzak: “Uzunömürlüyün dərmanı”.
“Ağıl – ürəyin fəryadı qarşısında acizdir”.
Alber Kamyu: “Sizif haqqında əfsanə”.
“Həddindən artıq çox olana heç kim dəyər vermir”.
Kolin Makkalou: “Tikanlıqda şərqi deyənlər”.