Elektron ədəbiyyat və sənət portalı

Markesin ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

Bölmə: Xəbər 09.08.2021

    150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünya şöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

    Kitabın “Hekayələr”, “Romanlar”, “Söhbətlər, müsahibələr” adlı fəsillərdən ibarət I cildinə yazıçının “Dünyanın ən gözəl ölüsü”, “İsabel Makondada yağışa baxır”, “Montyelin dul qadını”, “Üçüncü itaət”, “Süni qızılgüllər”“Polkovnikə məktub yoxdur”, “Gəmidən dənizə düşən adamın tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayıram” kimi məşhur roman və hekayələri, ədəbiyyat, sənət, həyat haqqında söhbət və müsahibələri daxil edilib.

    İkinci cilddə yer almış “Patriarxın payızı” və “Gözlənilən bir qətlin tarixçəsi” romanları “Latın Amerikasının tənhalığından keçən dünyanın ən məşhur yazıçısı” adlı Ön söz və Venesuela yazıçısı Migel Otero Silva ilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı haqqında düşüncələri ilə təqdim olunub.

    Əsərləri Azərbaycan dilinə – İshaq İbrahimov, Əkrəm Əylisli, Afaq Məsud, Natiq Səfərov, Arif Əmrahoğlu, Saday Budaqlı, Mahir N.Qarayev, N.Əbdülrəhmanlı kimi tanınmış yazıçı və tərcüməçilər çevirib.

    Kitabın redaktoru – Bəhlul Abbasov, izah və qeydlərin müəllifi – Mahir N.Qarayevdir.

    Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi