“İncəsənət yalnız həyati gerçəkliklərlə uzlaşanda inandırıcı olur”.
Abay
“İncəsənətin vəzifəsi təbiəti vəsf yox, təsvir etməkdir”.
O.Balzak
“Əgər incəsənət adamı pula görə işləməyə başladısa, yaxşı əsərlərə olan ümidiylə vidalaşmalıdır”.
S.Batler
“Düşündürməyən incəsənət, ruhsuz insan kimidir – meyitdir”.
***
“İncəsənətin ilkin şərti gözəllikdir. Gözəllik olmayan yerdə sənət də yoxdur və bu, aksiomdur”.
***
“Mənəvi eybəcərliyin dəqiq təsviri, bu eybəcərliyə qarşı olan bütün hücumlardan daha möhtəşəm və təsirlidir”.
V.Belinski
“Böyük sənət ən mənəviyyatsız süjetlərə müraciət edəndə belə öz mənəviyyatını qorumalıdır”.
***
“Əsl sənətkar heç vaxt təkəbbürlü ola bilməz. O, yaxşı anlayır ki, sənətin hüdudları sonsuzdur”.
L.Bethoven
“Sənət əsərləri insan kimidir – hətta həddindən artıq qüsurları ilə belə xoşagəlimlidir”.
L.Byörne
“İncəsənətin son məqsədi insanları onlara lazım olana sövq etmək və bildiklərini yadlarına salmaqdır”.
M.Blondel
“Məzmunsuz forma – səsi gəlməyən zəng kimidir”.
O.Blyumental
“İncəsənət – həyati gerçəkliklərin metaforudur”.
Y.Bondaryev
“İncəsənətin əsas gücü sadəliyi, möhtəşəmliyi, duyğusallığı və təmkinliyindədir”.
***
“İncəsənət yalnız böyük amallara xidmət edəndə böyük görünür”.
B.Brext
“İncəsənətdə təmkin məhəbbətdə həya kimidir”.
K.Batle
“İncəsənət – bəşəriyyətin vicdanıdır”.
***
“Bütün xalqların ilk müəllimi – incəsənətdir”.
***
“Bütün həyati məsələlərdə olduğu kimi incəsənətdə də həlledici olan məzmundur”.
***
“İncəsənətin vəzifəsi həqiqəti təsirli şəkildə təqdim etməkdir”.
H.Hegel
“Yaratdığın əsəri aqil insan bəyənmədisə, bu, yaxşı əlamət deyil, əgər cahilin alqışlarına layiq görüldüsə, onda onu tullamaq lazımdır”.
K.Hellert
“Gücləri çatanı yaradan diletantlar, adətən, öz bəraətləri üçün əsərin hələ yekunlaşmadığını deyirlər. Əlbəttə, o əsər heç vaxt yekunlaşmayacaq, çünki düzgün başlamayıb”.
***
“İncəsənətin bütün növlərinə sərmayə yatırmalıyıq, yalnız yunan incəsənətinə əbədi borclu qalacağıq”.
***
“Sənət əsərlərində insanları “nə” “necə” dən daha çox maraqlandırır”.
İ.Höte
“Həyat qısa – sənət əbədidir”.
Hippokrat
“Ustad sənətkar qaydaları yaratdıqlarına heç bir zərər gətirmədən unuda bilər”.
A.Qraf
“Sənət əsərində mişar izləri görünürsə, deməli, kifayət qədər yontalanmayıb”.
J.Juber
“Həqiqət olmayan yerdə, sənət də yoxdur”.
M.Kalinin
“İstənilən heyrətamiz sənət əsərinin canında bir poeziya var. Heyrətamizlik nə qədər çoxdursa, deməli, poeziya da bir o qədər çoxdur”.
A.Lunaçarski
“Hər dəfə narazı qalmaq – yaradıcılığın məğzi budur”.
Y.Renar
“İncəsənətin gözəlliyi həqiqiliyindədir, amma həqiqət heç də həmişə gözəl olmur”.
E.Ritşel
“Həyatın bütün sevincləri incəsənətdir. Yaratmaq ölümü öldürməkdir”.
R.Rollan
“Əsl sənət həmişə zamanı qabaqlayır”.
Sen-Pol Ru
“Zaman sənətin əsl gözəlliyi qarşısında acizdir”.
A.Serov
“Sənət almaz yatağı kimidir: yüzü axtarır, biri tapır. Amma o bir nəfər də onunla yanaşı yüzü axtarmasa tapa bilməz”.
***
“Əgər elm idrakın yaddaşıdırsa, sənət hissin yaddaşıdır”.
V.Solouxin
“İncəsənətdə əsas olan ölçü hissini bilməkdir”.
A.Frans