“Gözəllik və qüvvət cavanlığın, ağıl və müdriklik qocalığın bəxşişidir”.
***
“Olmayanına kədərlənən yox, olanına sevinən insan ağıllı insandır”.
***
“Tamahsız insan ən zəngin insandır”.
***
“Pis günün dostu olmaq böyük əməldir”.
***
“Yaxşı insan, nəinki ədalətsizlik edir, bunu ağlına belə gətirmir”.
***
“Ürəyi geniş insan başqalarının günahlarına daha dözümlüdür”.
***
“Yaxşı tərbiyə-xoşbəxt günlərdə yaraşıq, bədbəxt günlərdə sığınacaq kimidir”.
***
“Doğmalarla düşmənlik, yadlarla düşmənlikdən daha ağırdır”.
***
“Özünüdərkin iki yolu var – biri hiss, o biri şüur vasitəsiylədir”.
***
“Həyasızlıq edən, hamıdan əvvəl özündən utanmalıdır”.
***
“Hətta özünlə tək qalanda belə ağzından pis söz çıxarma”.
***
“Hədiyyə etmək istəyirsənsə, yubanma, çünki hər an, hər şey dəyişə bilər”.
***
“Əndazəni aşsan, sənə xoş olan hər şeyi korlayacaqsan”.
***
“Artıq istəyən olanını da itirər”.
***
“Bayramsız həyat-qapısız həyətə olan uzun yol kimidir”.
***
“Ağılsız, səbirsiz yaşamaq pis həyat yox, ağır ölüm deməkdir”.
***
“Paxıl insan hamıdan əvvəl özünə düşmən kəsilib”.
***
“Qanunların nə yaxşı, nə də pis adamlara səmərəsi var. Birincilərin ona ehtiyacı yoxdur, ikincilər
də ona məhəl qoymurlar”.
***
“Axmaq adamı yalnız bədbəxtlik ağıla gətirir”.
***
“Təbabət – fəlsəfənin bacısıdır”.
***
“Əksər varlılar öz varidatının sahibi yox, qoruyucusudur”.
***
“Hər şeyi bilənin başında ağıl olmaz”.
***
“Pis əməl sahiblərinin çoxunun yaxşı nitq qabiliyyəti olur”.
***
“Mərd insan düşməni yox, öz nəfsini yenməyi bacaran insandır”.
***
“Mərdlik taleyin vurduğu zərbələri də dəf edir”.
***
“Həyatda heç nəyi güzəştə getməmək səfehlik əlamətidir”.
***
“Heç kimə inamsız yanaşma, amma ehtiyatını da heç vaxt əldən vermə”.
***
“Hər şeyi öyrənməyə can atma, cahil olarsan”.
***
“Savad – xoşbəxtlər üçün yaraşıq, bədbəxtlər üçün sığınacaqdır”.
***
“Ellə gələn dərd şəxsi dərddən daha ağırdır: çünki kimdənsə kömək gözləməyə heç bir ümid qalmır”.
***
“Xeyri olmayan bütün həzlərdən imtina et”.
***
“Bədənin xəstəlikləri kimi həyat tərzinin də xəstəlikləri olur”.
***
“Kiməsə bel bağlamayan və heç nədən qorxmayan insan azad insandır”.
***
“Söz – əməlin kölgəsidir”.
***
“Cəsarət – işin əvvəli, təsadüf sonun sahibidir”.
***
“Qoca artıq cavan olub, cavan isə qocalığa çatacağını hələ bilmir”.
***
“Sadə geyim kimi susmaq da qadına yaraşıq verir”.