Elektron ədəbiyyat və sənət portalı

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu

Bölmə: Xəbər 20.08.2021

“Xəzər”in oxucuları jurnalın bu sayında:

 

  “AZƏRBAYCAN ƏDƏBİYYATI” – rubrikasında İsi Məlikzadənin  “Duz” hekayəsi;

  “ƏDƏBİ DÜŞÜNCƏLƏR” – rubrikasında “Frans Kafkanın Yanouxla söhbətləri”;

   İSPAN POEZİYASI – rubrikasında Federiko Qarsia Lorkanın “Tamarit Divanı”;

   KORİFEYLƏR – rubrikasında Migel Asturiasın “Senyor Prezident” romanı;

   HEKAYƏ – rubrikasında Emilian Stanev və  Zuvdiya Hodciçin hekayələri;

   YADDAŞ – rubrikasında Cihad Aydoğmuşoğlunun “Şah Abbas və zamanı”;

   MEMUAR – rubrikasında Las Kazın “Müqəddəs Yelena adasındakı dustağın düşüncələri”;

   İLAHİ KEÇİD – rubrikasında  “Tövrat”;

   ROMAN – rubrikasında Bohumil Hrabalın  “Mən ingilis kralına qulluq etmişəm” romanı;

   TEATR – rubrikasında Lola Koenin  “Strasberq metodu” və digər əsərlər ilə tanış ola biləcəklər.

 

Jurnal  Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

 “Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

   Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;

   Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

   Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;

   Kiosk Press – “Koroğlu” metrosu;

   Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

   Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.