Mustafa Sarı
1968-ci ildə Türkiyənin Tarsus şəhərində anadan olub;
1990-cı ildə Diclə Universitetinin türk dili və ədəbiyyatı bölümünü bitirib və təhsilini İngiltərənin Mançester Universitetində davam etdirib;
Elmlər doktoru, professordur;
Qədim Anadolu türkcəsi və müqayisəli dilçilik mövzularında akademik araşdırmaların müəllifidir;
Türkiyənin mətbu orqanlarında və portallarında şeirlərlə, elmi yazılarla çıxış edir.
Könül iqlimində padşah gözyaşı,
Önündə baş əyib təzim olunur.
Düşüncə qoynunda zülfü gecənin,
Sübh tezdən altıda taxtı qurulur.
Səhərlər sulayın könül bağını,
Tövbələr bu sayaq qəbul olunur.
Ümidi qorxuya qardaş edək biz;
Boz-bulanıq sellər bir gün durulur.
İslanmış dəsmalı sərin gecəyə,
Xilas sədəqəsi, bəlkə, verilir.
Hüznlü səsində tapdım əlacı,
Verməsən, əfəndim, könlüm sıxılır.
Ruhumun əlindən tutsun göz yaşın,
Geridə qalsam mən sinəm yarılır.
Dərdinə şərik et məni də, ey dost,
O büllur bağçaya bu cür varılır.