Elektron ədəbiyyat və sənət portalı

Əyyub Abasovun “Zəngəzur” romanı xarici KİV-də

Bölmə: Xəbər 11.10.2021

   Türkiyənin “dibace.net”,  İordaniyanın “alanbatnews.net”, “johinanews.com”, “nbnjo.com”, Əlcəzairin “alharir.info”, İraqın “mustaqila.com” və “ashurnews.com” xəbər portalları tanınmış Azərbaycan yazıçısı Əyyub Abasovun ikicildlik “Zəngəzur” tarixi romanı əsasında hazırlanmış “Zəngəzur” romanından fraqmentlər” mətninin (ADTM) yayınına başlayıb.

  Romandan seçilmiş parçalar 1918–1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın qədim Zəngəzur mahalında törədilmiş qanlı qətliamların, azərbaycanlıların öz dədə-baba yurdlarından zorla qovulmalarının gerçək mənzərələrini əks etdirir.

  Mətnləri ərəb dilinə Dövlət Tərcümə Mərkəzinin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov və türk dili üzrə mütəxəssis Sənan Nağıyev tərcümə edib.