Elektron ədəbiyyat və sənət portalı

Konfutsinin aforizmləri

Bölmə: Azad ərazi 21.10.2021

 

 

“Həqiqəti bilib  deməmək, ən böyük qorxaqlıqdır”.

***

“Əgər səhər həqiqəti  dərk etmisənsə, axşam ölə də bilərsən”.

***

“Şükürlü insan özündən, naşükür insan özgələrdən tələb edir”.

***

“Qədim insanlar kamilləşmək üçün təhsil alırdılar indikilər isə başqalarını təəccübləndirmək üçün təhsil alırlar”.

***

“Eşidirəm və unuduram. Görürəm və yadda saxlayıram. Əməl edirəm və anlayıram”.

***

“Şükürlü insan lazımlı olanı, naşükür insan xeyirli olanı düşünür”.

***

“Yalnız insani keyfiyyətlərə malik şəxs özündə məhəbbət və nifrət hissini daşıya bilər”.

***

“Hökmdar öz valideynlərinə hörmət edirsə, sadə xalq adam kimi yaşayacaq. Əgər ağa köhnə dostlarını unutmursa, nökərləri də gün görəcək”.

***

“Xalqı itaətə təhrik etmək olar, amma onu elmə təhrik etmək qeyri-mümkündür”.

***

“Susmaq – sənə  heç vaxt xəyanət etməyəcək ən sadiq dostundur”.

***

“Kimsə soruşdu: “Doğrudanmı, şərə xeyirlə cavab vermək lazımdır? Şərə ədalətlə, xeyirə xeyirlə cavab verməlisən”.

***

“Özünə rəva bilmədiyini başqasına da etmə”.

***

“Yaxşı və pis dost üç cür olur: sözü birbaşa deyən, səmimi və məlumatlıdırsa, yaxsı dostdur, riyakar, qeyri-səmimi və boşboğazdırsa, pis dostdur”.

***

“İnsanların səni tanımamağının yox, sənin insanları tanımamağının dərdinə qal”.

***

“Qırx yaşına qədər hörmət qazanmayan insandan daha heç nə gözləmə”.

***

“İnsanları təlim keçmədən müharibəyə yollamaq, onlara qarşı xəyanətdir”.

***

“Böyüklük – heç vaxt səhv etməmək yox, hər büdrəmədən sonra ayağa qalxa bilməkdir”.

***

“Əgər insan cəsarətli, amma ədalətsizdirsə, quldur olacaq”.

***

“Şükürlü insan hamıyla yola gedir, naşükür insan isə özünə uyğununu axtarır”.

***

“Heç vaxt gənclərə yuxarıdan aşağı baxmayın. Kim bilir, bəlkə də onlar yaşa dolanda görkəmli şəxsiyyətlər olacaqlar. Yalnız qırx, əlli il ömür sürüb heç nəyə nail olmayanlar hörmətə layıq deyil”.

***

“Söhbətə layiq olanla danışmamaq, insanı itirmək, söhbətə layiq olmayanla danışmaq sözü itirmək deməkdir. Müdrik şəxs nə insanı, nə də sözü itirir”.

***

“Mənəviyyatca səndən aşağı olanla dostluq etmə”.

***

“Ox hədəfə dəyməyəndə oxatan başqalarını yox, özünü günahklandırır. Müdrik insan da belə edir”.

***

“Yalnız ən aqil və ən cahil insan dəyişmir”.

***

“Ən böyük və yeganə səhv – keçmişdə etdiyin səhvləri düzəltməməkdir”.

***

“Bütün cinayətlərin ən ağırı – rəhmsizlikdir”.

***

“Şər – böhtan yayanlar Tanrını unudanlardır”.

***

“Yol insanı yox, insan yolu genişləndirir”.

***

“Əgər həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu necə bilərik?”

***

“Ağıllı insan başqalarının iziylə getmir”.

***

“Şükürlü insan daxilən rahat, naşükür insan narahatdır”.

***

“Sözləri duymursansa, insanlar anlamağın mənası yoxdur”.