Elektron ədəbiyyat və sənət portalı

Labrüyerin aforizmləri

Bölmə: Azad ərazi 11.11.2021

Jan de Labrüyer

(1645-1696)

 

Fransa ədəbiyyatının klassiki, yazıçı, filosof

 

“Sevdiyin insanın xiffətini çəkmək, sevmədiyin insanla yaşamaqdan daha xoşdur”.

***

“Xəsis insan öləndən sonra, bir gündə on il qazandığından artıq itirir”.

***

“Qadın kişiyə həddindən artıq nəvaziş göstərdikcə, öz sevgisini artırıb, onun sevgisini azaldır”.

***

“İnsanlara daha yaxın və xoş olmaq üçün  ağıl yox, ürək sənə yol açır”.

***

“Kübar qadınların gözündə bağban-sadəcə bağban, bənna-sadəcə, bənnadır. Adi qadınların gözündə isə bağban da, bənna da kişidir”.

***

“Yüksək mənsəbə doğru iki yol var: tapdaq-tapdaq olmuş uzun yol və o yola girmədən kənarda açılan daha qısa çığır”.

***

“Əgər səfeh səfehlik eləməyə qorxsaydı, səfeh olmazdı”.

***

“Qocalıq yaşına çatmağı arzulasaq da, qocalmaqdan qorxuruq”.

***

“Söhbətinizdən sonra özündən və ağlından razı qalan insan, deməli, sizdən də razı qalıb”.

***

“İnsan daha çox özünə oxşayanları bəyənir”.

***

“Yalnız təmənnasız insan xeyirxah ola bilər”.

***

“Biz yaxşılıq etdiyimiz insanı ürəkdən sevir, pisliyimiz keçənə nifrət edirik”.

***

“Nökər yalnız öz ağasına, şöhrətpərəst isə onun ucalmağına kömək etmək iqtidarında olanların hamısına itaət edir”.

***

“Əgər ölüm hamı üçün gəlməsəydi, ölmək çox çətin olardı”.

***

“Uşaqların nə keçmişi, nə də gələcəyi var. Amma biz böyüklərdən fərqli olaraq onlar bu gündən istifadə etməyə yaxşı bacarırlar”.

***

“Ağlın zəifliyinin bir əlaməti də həmişə dayanmadan danışmaq istəyidir”.

***

“Balığın çəkisini ölçəndə başla, quyruğun nəzərə alınmadığı kimi, qadına da saç düzümü və ayaqqabıları nəzərə alınmadan qiymət verilməlidir”.

***

“Kişi qocalıb-qocalmadığını bilmək istəyirsə, gənc qadının gözlərinə baxsın”.

***

“Pozğun insanlar başqalarının da onun kimi olduğunu düşünməyə meyillidir”.

***

“Əndazəni aşan bütün hisslərdən ən gözəli minnətdarlıq hissidir”.

***

“Aşıq olmuş qoca – təbiətin ən idbar mənzərəsidir”.

***

“Səxavət – çox xərcləməklə yox, vaxtında xərcləməklə ölçülür”.

***

“Sadəlövh insanlar az olsaydı, bic və hiyləgər insanların da sayı azalardı”.

***

“Təəssüf ki, ömür, səhvlərimizdən dərs ala biləcək qədərində uzun deyil”.

***

“Ağıllı insanlara gülmək, axmaqlara xas xüsusiyyətdir. Axmaq insanlar, saray təlxəkləri kimidir – heç kim onlardan nümunə götürmür”.

***

“Zaman dostluğu möhkəmləndirsə də, sevginin gücünü alır”.

***

“Yalnız qorxaq, abır- hayasız insan hər əclaflığa hazırdır”.

***

“Həyat – insanın ən çox saxlamaq istədiyi və ən az qoruduğu nemətdir”.