Elektron ədəbiyyat və sənət portalı

Rüstəm Behrudi və Həmid Herisçi yaradıcılığı İspaniyanın ədəbiyyat portalında

Bölmə: Xəbər 18.12.2021

    İspaniyanın populyar “El coloquio de los perros” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri Rüstəm Behrudinin və Həmid Herisçinin şeirlərinin yayınına başlayıb. Geniş oxucu kütləsi tərəfindən izlənən portal Rüstəm Behrudinin ispan dilinə tərcümə olunmuş “Azadlıq, torino kəfəni və zəvvarlar”, Həmid Herisçinin Cəlladla üz-üzə şeirlərini hər iki şairin yaradıcılıqları haqqında geniş məlumatla təqdim edir.

    Qeyd edək ki, “El coloquio de los perros” portalı, mütəmadi olaraq səhifələrində Henri LonqfelloCorc EliotPaul van OstaijenSen-Pol-Ru kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

    Şeirlərin ispan dilinə tərcümə müəllifi – ispan dili üzrə mütəxəssis Tutuxanım Yunusovadır.