Elektron ədəbiyyat və sənət portalı

Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında

Bölmə: Xəbər 21.12.2021

   Polşanın populyar  “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən “Nizami Gəncəvi” monoqrafiyasından polyak dilinə tərcümə olunmuş hissələrin yayınına başlayıb.

   Əsərin polyak dilinə tərcümə müəllifi – polyak dili üzrə mütəxəssis İlahə Kərimovadır.

   Qeyd edək ki, geniş oxucu auditoriyası olan “salon24.pl” və “ngo.pl”  portalları müntəzəm olaraq səhifələrində Jan Jak Russo, Mixail Lermontov, Stanislav Lem, Mixail Bulqakov kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.