Elektron ədəbiyyat və sənət portalı

“Zəngəzur – tarixi Azərbaycan torpağı” videoçarxı xarici KİV-də

Bölmə: Xəbər 26.12.2021

   Bir sıra tanınmış dünya xəbər portalları – İraqın “Ashurnews.com”, Əlcəzairin “Alharir.info”, Özbəkistanın “Ziyouz.uz”, Türkiyənin “Anahaberyorum.com” saytları, tvitter/Ashur news agency”“facebook.com/tarihtv”, “youtube.com/tarihtv” sosial şəbəkələri müxtəlif dillərdə hazırlanmış “Zəngəzur – tarixi Azərbaycan torpağı” (ADTM) adlı videoçarxın yayınına başlayıb.

   Tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx Zəngəzurun qədim tarixindən, “Zəngəzur” sözünün etimoloji köklərindən, bu ərazilərə 1828-ci ildə köçürülmüş ermənilərin yerli Azərbaycan əhalisinə qarşı törətdiyi amansız vəhşiliklərindən bəhs edir.