“Aydın yol” məşhur Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı, jurnalist, naşir, siyasi xadim Qabriel Qarsia Markesin (1927–2014) aforizmlərini təqdim edir.
“Mən yaxşı romandan üstün olan bir filmi belə xatırlamıram, amma pis romanlar əsasında çəkilən xeyli yaxşı filmlər görmüşəm”.
***
“Əslində, bütün kitablar müəllifin dostları üçün yazılır”.
***
“Ədəbiyyatda tez-tez istifadə olunan belə bir jurnalist fəndi var. Əgər desəniz ki, göydə fillər uçurdu, heç kəs sizə inanmayacaq. Amma desəniz ki, göydə dörd yüz iyirmi beş fil uçurdu, sizə inanacaqlar”.
***
“Asan əldə olunan xoşbəxtlik uzun sürə bilməz”.
***
“Bilik və müdriklik bizə, artıq lazım olmayan yaşda gəlir”.
***
“Gülümsə – dərdinə səndən həzz almağa imkan vermə”.
***
“Başqalarının səni necə qəbul etdikləri kimi olmamaq mümkün deyil”.
***
“Əgər içimizdəki uşağa qulaq assaq, gözlərimiz yenidən nurlanacaq. Əgər o uşaqla ünsiyyəti itirməsək, həyatla əlaqəmiz də kəsilməyəcək”.
***
“Yaşamağın yeganə vasitəsi, xatirələrinin səni boğmağına imkan verməməkdir”.
***
“Rahat qocalığın yeganə sirri, tənhalıqla ədalətli müqavilə bağlamaqdır”.
***
“Həyat – insanın yaşadıqları yox, xatırladıqlarıdır, daha doğrusu, danışmaq üçün nəyi, necə xatırladıqlarıdır”.
***
“Hətta yatdığın qadınla da dost ola bilərsən”.
***
“Eyni vaxtda bir neçəsinə vurulub, xəyanət etmədən hamısını eyni şövqlə sevə bilərsən. Ürəyin guşələri görüş evindəki guşələrdən daha çoxdur”.
***
“Qadın sualdan çox mətnaltı mənaya diqqət yetirir”.
***
“Tanrının mövcudluğu məndə çaşqınlıq yaradır, həmçinin mövcud olmaması da”.
***
“Mən Tanrıya inanmasam da Ondan qorxuram”.
***
“Dahiyanə roman ekranlaşdırılıbsa, artıq dahiyanəliyini itirib”.
***
“Ölüm insanı vaxtı yox, gücü çatanda haqlayır”.
***
“Hər şeyin bitdiyinə görə ağlama: gülümsə ki, bütün bunlar olub”.
***
“Öz-özünün ziddinə getməyən yazıçı doqmatikdir”.
***
“Dünya yavaş-yavaş sona yaxınlaşır. Çünki daha möcüzələr baş vermir”.
***
“İlham pərisi yalnız iş zamanı gəlir”.
***
“Ədəbiyyat – insanlarla zarafatlaşmaq üçün ən yaxşı əyləncədir”.
***
“Bu dünyada sən, olsa-olsa, yalnız adi bir insansan, amma kimin üçünsə bütöv bir dünyasan”.
***
“Səhv etmək insana xas xüsusiyyətdir, öz səhvini başqasının üzərinə yıxmaq isə ikiqat xas xüsusiyyətdir”.
***
“Əgər hansısa bir məsələdə qadın əli varsa, bilirəm ki, hər şey yaxşı olacaq. Mənə gün kimi aydındır ki, dünyanı qadınlar idarə edir”.
***
“Hamı yüksəklikdə yaşamaq istəyir, anlamırlar ki, əsl xoşbəxtlik o yüksəkliyə qalxma anlarıdır”.
***
“Yaxşı iştaha üçün pis yemək yoxdur”.