Elektron ədəbiyyat və sənət portalı

“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” videoçarxı xarici KİV-də

Bölmə: Xəbər 22.01.2022

   Bir sıra tanınmış dünya xəbər portalları – İraqın “Mustaqila.com”, “Afkarhura.com”, Əlcəzairin “Alharir.info”, Türkiyənin “Anahaberyorum.com”, “Dibace.net”, “Gercektarih.com.tr”, Rumıniyanın “News24hours.ro”,  Özbəkistanın “Xabar.uz”, Çilinin “Elmauleinforma.cl” saytları, Gürcüstan Yazıçılar Birliyinin və “Qafqaz evi”nin sosial şəbəkələri müxtəlif dillərdə hazırlanmış “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” (ADTM) adlı videoçarxın yayınına başlayıb.

   Tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx – sovet qoşunlarının heç bir xəbərdarlıq edilmədən Azərbaycanın paytaxtı Bakıya yeridilərək, dinc əhaliyə qarşı törədilən vəhşilikləri əks etdirən qanlı vandallıq aktından – 20 Yanvar qətliamından bəhs edir.