Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirilən Seçim Turlarına qeydiyyat davam edir. Turlar xarici dillər və sahələr (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və s.) üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin mart ayının 31-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilə bilər:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. CV
Qeyd: Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir; turlarda iştirak ödənişlidir.
Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)