“Aydın yol” görkəmli Kanada yazıçısı, şair, ədəbi tənqidçi, Buker mükafatı laureatı Marqaret Edvudun məsləhətlərini təqdim edir.
- Hara getməyinizdən asılı olmayaraq yazmaq üçün özünüzlə mütləq karandaş və kağız götürün. Nə vaxt ilhama gələcəyinizi bilmək olmaz.
- Əgər əsərlərinizi kompüterdə yazırsınızsa, yazdıqlarınızı tez-tez yaddaşda saxlayın.
- İdmanla məşğul olmağa çalışın. Uzun müddət hərəkətsiz halda yazmaq kürək ağrılarına səbəb ola bilər ki, bu da diqqətinizi cəmləməyə çətinlik yaradar.
- Hər cümlənizdə oxucunu düşünün. Çünki onu tanımırsınız. Bu proses hardasa qaranlıqda tilovla balıq tutmağa bənzəyir. A-ya maraqlı gələn bir əsər, B-yə tamamilə mənasız görünə bilər. Bu səbəbdən hər sözü, hər cümləni həssaslıqla seçməlisiniz.
- Əsər yazarkən “Sinonimlər lüğəti”nə ehtiyacınız olacaq. Sözlərin qarşılığını bilmək sizə çox lazımdır.
- Yazmaq qumar oynununa bənzəyir. Yazıçının gələcəklə bağlı heç bir sığortası yoxdur. Kimsə sizə dəstək olsa da, əslində bu yolu tək qət etməlisiniz. Yalnız özünüzə güvənin və hər fikrin ən yaxşısına can atın.
- Öz kitabınızı heç vaxt başqalarını oxuduğunuz kimi rahatlıqla və zövqlə oxumayın. Özünüzə həmişə tənqidi və tələbkar yanaşın.
- Kitabınızı nəşriyyata təqdim etməzdən öncə mütləq bir neçə səriştəli dostunuzun fikrini öyrənin.
- Yazı zamanı hər hansı çətinliklə üzləşdikdə, ilişib qalmayın, diqqətlə izləyib harada səhv etdiyinizi müəyyənləşdirməyə çalışın. Hansısa bir obrazı, bir hissəni dəyişib başqa yolla getməyə cəhd edin.
- Yazmaqdan yorulanda dua etmək və ya başqa bir kitab oxumaq sizə rahatlıq gətirər.