“Aydın yol” XVIII əsr Fransa ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, filosof, tarixçi, publisist Volterin aforizmlərini təqdim edir.
“Lüğət – əlifba sırasıyla yazılmış kainatdır”.
***
“Mövhumat – insanları səfehləşdirir”.
***
“Bu dünyanı eynilə gördüyümüz kimi – qəddar və ağılsız vəziyyətdə qoyub gedəcəyik”.
***
“Xeyirxahlıq sübut tələb edir, gözəlliyin isə subuta ehtiyacı yoxdur”.
***
“Dostluğun gözü nadir hallarda çaşır”.
***
“Yaxşı kitabı ilk dəfə oxuyanda, özümüzə sanki təzə bir dost tapırıq. Həmin kitabı yenidən bir də oxuyanda isə sanki köhnə dostumuzla görüşürük”.
***
“Gözəllik – yalnız təbiilikdədir”.
***
“Hər işdə bütün maneələri dəf edərkən, yalnız səni sevənləri sev”.
***
“Hökümət səhv yolda olan zaman düz olmaq təhlükəlidir”.
***
“İdrak irəli getdikcə, fanatizm dişlərini daha çox qıcayır”.
***
“Əndazəsiz qısqanclıq, tamahkarlıqdan daha artıq cinayət törədir”.
***
“Valideynlərə ehtiyacı olmayanlar Vətənə daha yaxşı xidmət edir”.
***
“Həqiqəti və azadlığı sevməyən kəs böyük insan ola bilər, amma o heç vaxt dahi olmayacaq”.
***
“Həzz aldığın işi görürsənsə, deməli, azad insansan”.
***
“Xoşbəxtlik – yuxu, bədbəxtlik – gercəklikdir”.
***
“Hədsiz balaca insanlar, hədsiz böyük qürur sahibi olurlar”.
***
“Şərəf – mərhəmətli insanın əlində tutduğu brilliantdır”.
***
“Dürüst insanı təqib etmək olar, amma onu ləkələmək mümkün deyil”.
***
“Mən yalnız tərəddüd etməyi bacarıram”.
***
“Əsas məsələ – özünlə yollaşa bilməkdir”.
***
“Rəqabət – dahilərin qidasıdır”.
***
“Dil həm də o səbəbdən böyük əhəmiyyət kəsb edir ki, onun köməyi ilə biz
düşüncələrimizi gizlədə bilirik”.
***
“Mən həqiqətin ən sadiq dostuyam, amma eyni zamanda onun əzabkeşi olmağı hec də arzulamıram”.
***
“Bir dəfə gülməli görünən şey artıq təhlükəli ola bilməz”.
***
“Yaxşı yazan müəllifləri oxuduqca, həm də yaxşı danışmağa öyrəşirsən”.
***
“Düşündükcə, heç nə bilmədiyimizə daha çox əmin oluruq”.
***
“Zəhmət insanı üç əsas dərddən xilas edir: – ehtiyacdan, darıxmaqdan, naqislikdən”.
***
“Boşanmaq da, izdivac kimi köhnəlmiş adətdir, amma yeri gəlmişkən, izdivac bir neçə il daha köhnədir”.
***
“Pis ifadə olunanda ən gözəl fikir də öz dəyərini itirir, təkrarlananda isə bezikdirici olur”.
***
“İzah olunanda zarafat da öz zarafatlığını itirir”.
***
“Böyük işlər böyük maneələr olmadan yaranmır”.
***
“Yalnız özünə yarayan insan heç nəyə yaramır”.