Türkiyənin populyar “dibace.net” ədəbiyyat portalı ADTM-in “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc şair Aqşin Evrənin türk dilinə tərcümə olunmuş “Yaş köynəyin fotosu”, “Ağrımağın resepti” və “Unutmağın resepti” şeirlərinin yayınına başlayıb.
Şeirlərin türk dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Kəmalə Ələkbərovadır.
Qeyd edək ki, portal səhifələrində mütəmadi olaraq türkdilli xalqların tanınmış yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.