İordaniya Krallığı Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan nasirləri İsa Muğannanın “Qalın palto”, İsmayıl Şıxlının “Namərd gülləsi”, Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” və istedadlı yazıçı Nəriman Əbdülrəhmanlının “Kəpənək” hekayəsini nəşr edib.
Tanınmış İordaniya yazıçısı Samih əl-Məhariqin Azərbaycan ədəbiyyatı haqqında “Azərbaycan ədəbiyyatı ilə tanışlıq” məqaləsi ilə təqdim edilən hekayələrin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi – Əhməd Sami Elaydidir.
Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq səhifələrində Aleksandr Düma, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Mario Varqas Lyosa kimi dünya şöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.