Elektron ədəbiyyat və sənət portalı

“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

Bölmə: Xəbər 28.02.2022

Bir sıra tanınmış dünya xəbər portalları – Amerika Birləşmiş Ştatlarının “Texas.statenews.net”, Fransanın “Musulmans en France”, Argentinanın “Equilibrium Global”, Tuvozalmundo, Rumıniyanın “News24hours.ro”, “Lumea.ro”, “Caucaz.ro”, Çexiyanın “Rebuildsyia.cz”, Türkiyənin “Dibace.net”, “Anahaberyorum.com”, İraqın “Ashurnews.com”, “Afkarhura.com”, Əlcəzairin “Alharir.info”, Misirin “News İnternational”,  Gürcüstanın “Zğvauri” saytları və sosial şəbəkələri ADTM-in “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif dillərdə hazırlanmış “Qanlı tarix – Xocalı soyqırımı” adlı videoçarxın  yayınına başlayıb.

Tarixi faktlara və sənədlərə istinadən hazırlanmış videoçarx silahlı erməni terrorçu dəstələrinin 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi qanlı qətliamdan, dinc azərbaycanlıların soyqırımından  bəhs edir.