Elektron ədəbiyyat və sənət portalı

Fransa xəbər portalı Kərim Kərimov haqqında məqalənin yayınına başladı

Bölmə: Xəbər 02.03.2022

Fransanın  populyar “La Gazette” xəbər portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində keçmiş SSRİ-nin kosmik sənayesinə 25 il rəhbərlik etmiş general-leytenant, böyük azərbaycanlı Kərim Kərimov haqqında “Kosmos fatehlərinin sərkərdəsi” adlı məqalənin yayınına başlayıb.

Məqalənin müəllifi – tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadə.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “La Gazet-te” portalı müntəzəm olaraq səhifələrində dünyanın məşhur elm, incəsə-nət xadimləri, görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.