Elektron ədəbiyyat və sənət portalı

Fransanın xəbər portalı Azərbaycanda qadın hüquqları haqqında məqalə yayınladı

Bölmə: Xəbər 11.03.2022

Fransanın populyar “La Gazette” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində “Azərbaycan qadınlarının səsvermə hüququnun tarixi” adlı məqalənin yayınına başlayıb. Məqalənin müəllifi – tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “La Gazette” portalı mütəmadi olaraq beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi prosesləri, tanınmış elm, siyasət və mədəniyyət xadimlərinin həyat və fəaliyyəti ilə bağlı materialları işıqlandırır.