Elektron ədəbiyyat və sənət portalı

Paris Notr-Dam kilsəsinin taleyi

Bölmə: Art 08.04.2022

 

“Aydın yol” Fransanın məşhur Paris Notr-Dam kilsəsi haqqında maraqlı faktları təqdim edir.

 

  • Kilsə, tarixi Qalliya şəhəri olan Lutetiyada inşa olunub.

 

  • Kilsənin inşasında istifadə olunan ağaclar XII əsrə aiddir. Onların sayı ümumilikdə 52 hektarlıq ərazini əhatə edir. Ona görə də bu məşhur memarlıq abidəsinə “meşə” də deyirlər.

 

  • 1793-cü ildə Fransa inqilabı zamanı üsyana qalxan xalq kilsədəki kral heykəllərinin iyirmi səkkizinin baş hissəsini qoparıb. Kralların “başları” 1977-ci ildə Fransa Ticarət Bankının zirzəmisində aşkar edilib. Onlar hal-hazırda Kluni muzeyində saxlanılır.

 

  • Kilsənin inşasında başqa bir kilsənin materiallarından da istifadə olunub. Belə ki, kafedralın “Saint-Anne” girişindəki heykəllər digərlərindən fərqlənir. Buna da səbəb həmin heykəllərin başqa kilsənin materiallarından hazırlanmasıdır.

 

  • Kilsənin qüllələri kənardan eyni görünsə də, biri digərindən daha böyükdür. Bu, qüllələrin fərqli zamanlarda inşa edilməsi ilə bağlıdır.

 

  • Kilsənin tikintisində həm qotik, həm də roman memarlıq üslubundan istifadə olunub.

 

  • Kilsə 1991-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

  • 1681-ci ildə ağır silahların hazırlanması üçün kilsənin zəngləri əridilib.

 

  • Dahi fransız yazıçısı Viktor Hüqonun səyləri nəticəsində kilsə yenidən bərpa olunub. Belə ki, uzun illər baxımsız qalmış kilsə çürüməyə başlamış və dağılmaq təhlükəsi ilə üzləşmişdi. Viktor Hüqo özünün məşhur “Paris Notr-Dam kilsəsi” romanını yazandan sonra memarlar Jan Baptis Anton və Ejen Violetin restavrasiya işləri nəticəsində dini məbəd yeni həyata qovuşdu.

  

  • Kilsə tavanını özlərinə yuva etmiş arıların balı hər il yoxsullara paylanılır.

 

  • 15 aprel 2019-cu ildə kilsədə dəhşətli yanğın hadisəsi baş vermişdi.